Azərbaycan Voleybol Federasiyasının rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Sportaze.az xəbər verir ki, azərtac-a istinadən o, qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində Türkiyənin “İstanbul” və İtaliyanın “İqor Qorqonzola Novara” komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Bu gün İstanbulda keçiriləcək oyunun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloria Souto Ximenes olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Yığma üzvü: Faiq Qarayevin təcrübəsi və ustalığı komandaya
personAdmin 28-12-23, 13:30“Faiq Qarayevin təcrübəsi Azərbaycan voleybolunun inkişafına töhfə olacaq”. Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın...
“Gəncə” klubundan Azərbaycan Voleybol Federasiyasının
personAdmin 11-01-24, 17:03“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək. Bu barədə Sportaze.az...
“Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb
personAdmin 06-01-24, 16:11“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb. Klubdan Sportaze.az saytına verilən məlumata görə,...





