SPORTAZE » DİGƏR » Azərbaycanın 4 güləşçisi reytinq turnirində bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanın 4 güləşçisi reytinq turnirində bürünc medal uğrunda mübarizə aparacaq

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə start verilib.

Azərbaycan Güləş Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, yarışın ilk günündə Azərbaycanın 7 sərbəst güləşçisi xalça üzərinə çıxıb.

İslam Bazarqanov (57 kiloqram) ilk mərhələdə çinli Veiyu Liyə (6:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Roberti Dinqaşviliyə minimal fərqlə məğlub olub - 4:5

61 kiloqram çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Maykl Makqiyə (5:4), Nürəddin Novruzov isə gürcüstanlı Giorgi Qoniaşviliyə (10:6) qalib gəlib. Yarımfinalda Rzazadə monqolustanlı Bexbayar Erdenebata (0:5), Novruzov isə ukraynalı Andrey Celepə (8:10) məğlub olub. Hər iki Azərbaycan güləşçisi bürünc medal uğrunda güləşəcək.

Zirəddin Bayramov (65 kiloqram) təsnifat mərhələsində italiyalı Kolin Realbutoya (7:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Jozef Makennaya uduzub – 0:11.

Cəbrayıl Qadjiyev (74 kiloqram) rumıniyalı Kriştian Biro (6:2), türkiyəli Yakup Gör (4:3) və amerikalı Kuinsi Mandi (5:4) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Hüseyn Abuzaripaşkolayiyə 3:10 hesabı ilə uduzan C.Qadjıyev bürünc medal uğrunda güləşəcək.

86 kiloqramda Arseni Djioyev macarıstanlı Vida Çaba (10:0) və türkiyəli Osman Göçeni (10:6) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Maqomed Ramazanova məğlub olub – 1:5. Təsəlliverici görüşdə amerikalı Maksvel Dini 8:3 hesabı ilə üstələyən Djioyev bürünc medal uğrunda güləşəcək. Bu çəkidəki digər təmsilçimiz Osman Nurmaqomedov 1/8 finalda amerikalı Çandler Marstellerə uduzub – 1:3.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycanı ümumilikdə 26 güləşçi təmsil edir.


Bənzər xəbərlər

0 Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024”

personAdmin 01-03-24, 12:26

Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil...

0 Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq

Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə

personAdmin 07-08-24, 13:44

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...

0 Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa vurub

Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa

personAdmin 06-08-24, 22:26

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü...

menu
menu