SPORTAZE » DİGƏR » Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.

Sportaze.az ECA-nın rəsmi saytına istinadən xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər.

Bir gün sonra Mingəçevirdə yarışın rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında birnəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək.

Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində davam edəcək. Mayın 3-də yarışların final görüşləri keçiriləcək.

ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.

Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.


Bənzər xəbərlər

0 Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə

personAdmin 29-07-24, 09:40

Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start...

0 Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib

Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək

personAdmin 25-07-24, 17:20

Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək üç ən yaxşı komandanı fərqləndirib....

0 Paris-2024: Altıncı günün gündəliyi

Paris-2024: Altıncı günün gündəliyi

personAdmin 01-08-24, 09:26

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 18 dəst medal sahibini tapacaq....

menu
menu