Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək üç ən yaxşı komandanı fərqləndirib.
Sportaze.az xəbər verir ki, siyahıda Azərbaycan millisi də yer alıb. Digərləri isə İran və ABŞ yığmalarıdır.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanı yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Sabah Şəriəti (130 kiloqram), sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqamedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) və qadın güləşçi Mariya Stadnik (50 kiloqram) təmsil edəcəklər.
Bənzər xəbərlər
AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar
personAdmin 23-07-24, 16:11Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində...
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev
personAdmin 27-05-24, 17:37Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və...
Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan
personAdmin 06-03-24, 18:14Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək...





