Azərbaycan cüdo millisi Qran-prini 1 medalla başa vurub
Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-prini 1 medalla başa vurub.
Sportaze.az xəbər verir ki, turnirə 5 idmançı ilə qatılan yığma üzvlərindən yalnız biri gümüş mükafata yiyələnib.
Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Yarışın son günündə isə Camal Qamzatxanov (+100 kq) medalçılar sırasına düşmək şansını əldən verib. O, “bürünc” uğrunda görüşdə almaniyalı Losseni Koneyə məğlub olub.
Qeyd edək ki, Aytac Qardaşxanlı (63 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) da uğursuz nəticə göstəriblər.
Bənzər xəbərlər
Azərbaycan minifutbol millisinin Avropa çempionatında
personAdmin 28-03-24, 13:47Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev
personAdmin 27-05-24, 17:37Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və...
Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin iclası
personAdmin 06-04-24, 13:15Azərbaycan Şahmat Federasiyası (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib. Bu barədə Sportaze.az...





