SPORTAZE » DİGƏR » “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından Sportaze.az-a verilən məlumata görə, yarışda ölkəmizi böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

 

Yarışın ilk iki günündə təsnifat, son günündə isə final mərhələsi keçiriləcək.

 

Turnirdə Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan idmançıları qüvvələrini sınayacaqlar.

 

Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Yarışda yeniyetmələr də öz qüvvələrini sınayacaqlar.


Bənzər xəbərlər

0 Azərbaycan Cüdo Federasiyası 46 idman təşkilatına lisenziya verib

Azərbaycan Cüdo Federasiyası 46 idman təşkilatına lisenziya

personAdmin 23-06-24, 14:48

Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir. Sportaze.az...

0 AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb

AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək

personAdmin 22-07-24, 20:18

Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq...

0 Azərbaycan cüdo millisi Qran-prini 1 medalla başa vurub

Azərbaycan cüdo millisi Qran-prini 1 medalla başa vurub

personAdmin 10-03-24, 22:24

Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-prini 1 medalla başa vurub. Sportaze.az xəbər verir...

menu
menu