Azərbaycan boksçusu lisenziya turnirində erməni rəqibi üzərində inamlı qələbə qazanıb
Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
Sportaze.az xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
İdmançımızı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Qeyd edək ki, Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.
Bənzər xəbərlər
Azərbaycanın boks millisi Avropa rekordunu təkrarlayıb
personAdmin 31-05-24, 17:46Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazanmaqla Avropa...
AMADA “Araz-Naxçıvan” klubu üçün antidopinq maarifləndirmə
personAdmin 24-01-24, 13:03Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Araz-Naxçıvan” Akademiyasının U-17 və U-19 komandaları üçün antidopinq...
Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq
personAdmin 27-03-24, 16:58Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Azərbaycan...





