Azərbaycanlı atletin ömürlük diskvalifikasiyası ləğv olunub
Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Zülfüqar Süleymanovun ömürlük diskvalifikasiyası başa çatmış hesab olunub.
Sportaze.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) verib.
Qurum 2021-ci ildə qəbul olunan yeni antidopinq qaydalarına əsaslanaraq belə addım atıb. Həmin yeniliyə əsasən dopinqə görə ikinci dəfə verilən cəzalar yüngülləşdirilib. Əvvəlki qayda ilə ağır diskvalifkasiya alanlara məsələyə yenidən baxılması üçün İWF-ə müraciət etmək hüququ verilib.
2010-cu ilin sentyabrında 4 illik cəzalanan Süleymanov bu diskfalifikasiya yüngülləşdikdən sonra körpücük üzərinə erkən qayıtsa da, 2013-cü ildə yenidən dopinqdə “ilişib”. İkinci cəza kimi ona ömürlük diskvalifikasiya verilib.
Süleymanovun cəzasını yeni qaydaların tətbiqi ilə nəzərdən keçirən İWF onun ikinci diskvalifikasiyasının müddətini bitmiş hesab edib. Ağırlıqqaldırma veteranı artıq bu idman növü üzrə müxtəlif sahələrdə çalışa bilər.
Bənzər xəbərlər
Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal
personAdmin 04-03-24, 14:54Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən turnirdə...
Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində
personAdmin 12-01-24, 11:12Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Sportaze.az...
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa
personAdmin 13-05-24, 18:47Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7...





