Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.
Sportaze.az xəbər verir ki, üçüncü dəfə reallaşacaq birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcəklər. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.
Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.
Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb ediləcəklər.
Bənzər xəbərlər
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya
personAdmin 27-01-24, 16:29Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb. Azərbaycan Qış İdman Növləri...
Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
personAdmin 09-03-24, 09:33Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək. Sportaze.az...
Azərbaycan minifutbol millisinin Avropa çempionatında
personAdmin 28-03-24, 13:47Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...




