SPORTAZE » DİGƏR » “Paris-2024”də iştirak etmiş Azərbaycan nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib

“Paris-2024”də iştirak etmiş Azərbaycan nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib

Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, o cümlədən Olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.


Bənzər xəbərlər

0 Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

personAdmin 04-04-24, 13:29

Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq. Federasiyadan Sportaze.az saytına verilən məlumata...

0 Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları

personAdmin 20-05-24, 12:46

Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib. Sportaze.az Azərbaycan Atçılıq...

0 Tramadol dərmanı Qadağan edilmiş siyahıya əlavə olunub

Tramadol dərmanı Qadağan edilmiş siyahıya əlavə olunub

personAdmin 08-01-24, 10:31

Tramadol, 2024-cü il yanvarın 1-indən qüvvəyə minən Qadağan edilmiş siyahıya daxil edilib və yarışlarda istifadəsi...

menu
menu