Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq.
Federasiyadan Sportaze.az saytına verilən məlumata görə, “Şüa” İdman Kompleksində keçiriləcək yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.
İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək turnirdə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal
personAdmin 29-03-24, 17:49“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb. Sportaze.az xəbər verir ki, Viymsi qəsəbəsini...
Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub
personAdmin 20-05-24, 20:47Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya...
Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq
personAdmin 27-03-24, 16:58Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Azərbaycan...





