SPORTAZE » DİGƏR » Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı Turan Bayramova məğlub olması ilə bağlı etirazı barədə qərar qəbul edib.

Sportaze.az xəbər verir ki, bu görüşün hakimi və nümayəndələrinin 2-8 ay müddətinə diskvalifikasiya edilməsi qərara alınıb.

Bunlar Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesledir.

T.Bayramov isə görüşün qalibi olaraq qalıb. Çünki UWW-nin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.

Xatırladaq ki, Turan həmin qarşılaşmada (8:8) qalib gələrək Paris olimpiadasına lisenziya qazanıb.

Bundan sonra İtaliya Güləş Federasiyası hakim səhvləri ilə bağlı şikayət edib.

UWW komissiyaları şikayəti araşdırıb, hakimlər və nümayəndələrlə söhbətlər aparıb, sonra qərar qəbul edib.

İntizam Komitəsi həmçinin UWW-dən mayın 9-da İstanbulda başlayacaq dünya Olimpiya Təsnifat Turnirində Frank Çamizonu iştirakçılar arasında birinci yerə qoymağı xahiş edib.


Bənzər xəbərlər

0 Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq

Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə

personAdmin 29-03-24, 15:51

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin...

0 Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa Kubokundakı uğuru ilə bağlı yazı dərc edib

Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa

personAdmin 15-04-24, 13:14

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Azərbaycan cüdoçularının Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr...

0 Paris-2024: Beşinci günün gündəliyi

Paris-2024: Beşinci günün gündəliyi

personAdmin 31-07-24, 09:44

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 11 dəst medal sahibini tapacaq....

menu
menu