FIFA işğaldan azad olunmuş ərazilərdə futbol infrastrukturu üçün maliyyə ayıra bilər
FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.
Sportaze.az xəbər verir ki, bu barədə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.
Funksioner bildirib ki, maddi dəstək “FIFA Forward” proqramı çərçivəsində həyata keçiriləcək: “Müharibələrdə infrastruktura ciddi ziyan dəyir. Savaşlar bitdikdən sonra zərər çəkən ölkələrə dəstək göstərəcəyik. Bir gün dünyaya sülh gələcək. Futbol insanları birləşdirəcək, dünya daha qlobal olacaq".
E.Məmmədovun sözlərinə görə, 2016-cı ildən həyata keçirilən layihə çərçivəsində FIFA-ya üzv olan 211 milli assosiasiyaya fərq qoyulmadan ümumilikdə 2,8 milyard ABŞ dolları məbləğində yardım edilib: “Türkiyə futbol ölkəsidir. FIFA burada futbolun inkişafına xüsusi önəm verir. Türkiyə Futbol Federasiyası ilə sıx əlaqədəyik. Ölkənin bütün kənd və şəhərlərində futbol oynanılır. İndiyədək “FIFA Forward” proqramı çərçivəsində Türkiyəyə ümumilikdə 9,8 milyon dollar vəsait ayrılıb. Bu dəstək gələn il də davam edəcək”.
Bənzər xəbərlər
"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib
personAdmin 29-03-24, 18:31Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib. Sportaze.az saytının məlumatına görə, sonuncu dövrənin ilk...
Azərbaycan klubu Avropa çempionunu transfer edib
personAdmin 02-02-24, 10:38“Səbail” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Sportaze.az klubun saytına istinadən xəbər verir ki, paytaxt...
Azərbaycanın FIFA referisi Türkiyə millisinin oyununa
personAdmin 28-02-24, 14:07Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb. Sportaze.az AFFA-nın rəsmi...





