Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb
Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb.
Sportaze.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, komandalar 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurmaqla buna nail olublar.
Bu məhsuldarlıq mərhələnin 8 matçı üçün turnir tarixində ikinci göstəricidir. 1/8 finalın iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalın 8 qarşılaşmasında daha çox qol olub. 2003/2004 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.
Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur. Axırıncı dəfə 2008/2009 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.
Bənzər xəbərlər
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib
personAdmin 06-01-24, 16:37Premyer Liqa təmsilçisi "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib. Sportaze.az Gəncə klubunun mətbuat...
"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək
personAdmin 24-07-24, 17:16"Şamaxı" klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq...
“Neftçi”nin Albaniya klubu ilə oyunu baş tutmayacaq
personAdmin 07-01-24, 13:00Mövsümün ikinci yarısında Türkiyənin Antalya şəhərinə hazırlaşan “Neftçi”nin Albaniyanın “Partizani” klubu ilə...





