“FIFA series–Edition 2024”: Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib
Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.
Sportaze.az xəbər verir ki, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.
Bənzər xəbərlər
Azərbaycan millisinin məşqçisi: "Belə oyunlarda erkən
personAdmin 22-03-24, 23:28“Belə matçlarda erkən qol vurmaq lazımdır ki, oyun rahat davam etsin". Sportaze.az xəbər verir ki, bunu...
“Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb
personAdmin 30-03-24, 15:37“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi...
AFFA əməkdaşları beynəlxalq forumda iştirak edirlər
personAdmin 11-01-24, 12:33Türkiyənin Antalya şəhərində üçüncü "Winter League Convention" Futbol biznes forumu öz işinə başlayıb....





