Azərbaycan boksçuları lisenziya turnirlərinə hazırlıq üçün ABŞ-yə yollanıblar
Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-yə yollanıb.
Azərbaycan Boks Federasiyadan Sportaze.az saytına verilən məlumata görə, Olimpiya çəki dərəcələri üzrə yığmamızın üzvləri lisenziya turnirlərinə və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.
Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak.
Mütəxəssislər Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaqlar.
Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, daha əvvəl Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziyanı Avropa Oyunlarında qazanıb.
Bənzər xəbərlər
Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib
personAdmin 18-12-23, 23:262024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib. Beynəlxalq Cüdo...
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
personAdmin 04-04-24, 13:29Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq. Federasiyadan Sportaze.az saytına verilən məlumata...
İddiaçılar Turniri: Şahmatçımız Nicat Abasov mübarizəyə
personAdmin 04-04-24, 10:08Bu gün Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start veriləcək. Sportaze.az xəbər verir ki,...





