SPORTAZE » DİGƏR » Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib

Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib

2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib.

“Dünya Cüdo Turu” seriyasına daxil olan turnir 16-18 fevralda gerçəkləşəcək.

Yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu vaxtın dəyişdirilməsinin səbəbini açıqlayıb: “Bu tarixlərdə daha öncə Təl-Əviv Böyük Dəbilqə turnirinin keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından IJF bu yarışı təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin 16-18 fevralda olmasını təklif etdik. Buna müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”

O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanmasına imkan verəcək: “Böyük Dəbilqə noyabrda olsaydı, Yay Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.

Bənzər xəbərlər

0 Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə qatılacaqlar

Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə

personAdmin 02-04-24, 14:37

Azərbaycan bədii gimnastları Leyli Ağazadə və Kamilla Seyidzadə Bolqarıstanda keçiriləcək "Sofiya Kuboku"...

0 Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq

Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq

personAdmin 30-07-24, 15:26

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) qızıl olimpiya çempionu nişanını alacaq. Sportaze.az xəbər...

0 Azərbaycan boksçusu lisenziya turnirində növbəti mərhələyə yüksəlib

Azərbaycan boksçusu lisenziya turnirində növbəti mərhələyə

personAdmin 08-03-24, 14:50

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Sportaze.az xəbər verir ki,...

menu
menu