SPORTAZE » DİGƏR » Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa Kubokundakı uğuru ilə bağlı yazı dərc edib

Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa Kubokundakı uğuru ilə bağlı yazı dərc edib

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Azərbaycan cüdoçularının Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokundakı çıxışı ilə bağlı yazı dərc edib.

Sportaze.az xəbər verir ki, EJU medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutan Azərbaycan millisinin nəticəsini yüksək qiymətləndirib.

“Azərbaycan Berlində Fransanı qabaqladı” adlı məqalədə qeyd olunur ki, hər iki komanda qızıl medalların yarısına sahib çıxıb və hər biri dörd qızıl mükafat qazanıb. Fransa ümumi hesabda daha çox bürünc medal qazansa da, Azərbaycan gümüş medal sayında Fransanı ötüb.

EJU Azərbaycan cüdoçularından 2024-cü ilin mayında Göygöldə keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda da eyni uğuru gözlədiyini bildirib. Komanda bundan əvvəl aprelin 27-28-də Gürcüstanın Telavi şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda iştirak edəcək. Hazırda onlar Berlində üç günlük təlim-məşq toplanışındadırlar.

Azərbaycan yığması Berlində 4 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edib.


Bənzər xəbərlər

0 Bilyard üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub

Bilyard üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli

personAdmin 25-06-24, 13:31

Bilyardın "Pool-8" intizam növü üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub. Sportaze.az xəbər...

0 Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti məlum olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku

personAdmin 27-03-24, 14:14

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb. Azərbaycan Ağırlıqqaldırma...

0 Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanla heç-heçə edib

Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanla

personAdmin 28-02-24, 18:15

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq görüşü keçirib. Azərbaycan Şahmat...

menu
menu