Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.
Sportaze.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
İştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.
Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.
“İticket” vasitəsi ilə bilet satışı da sürətlə davam edir. Artıq biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya "iticket.az" saytından onlayn qaydada əldə etmək mümkündür.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları Belçikada 4 medal qazanıblar
personAdmin 29-01-24, 15:18Azərbaycan cüdoçuları Vise şəhərində keçirilmiş Belçika Açıq turnirində 4 medal qazanıblar. Sportaze.az xəbər verir...
Paris-2024: Azərbaycan cüdoçusu ciddi zədə alıb,
personAdmin 31-07-24, 15:29Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü...
AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq
personAdmin 07-03-24, 15:37Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib....





