SPORTAZE » DİGƏR » AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib.

Sportaze.az xəbər verir ki, toplantıda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Plenar və qapalı iclaslarda keçirilən tədbirdə antidopinq təşəbbüsləri ilə bağlı müxtəlif institusional, inzibati, əməkdaşlıq və monitorinq məsələləri müzakirə olunub.

Gündəliyin əsas məsələlərinə 57-ci iclasın hesabatının təsdiqi, imzalar və ratifikasiyalar haqqında Katibliyin yenilənməsi, 2024-2027-ci illər üçün T-DO strategiyasının və əməliyyat proqramının qəbulu daxil edilib. Həmçinin fitnes mərkəzləri və idman zalları ilə bağlı antidopinq tədbirləri, xarici tərəfdaşlarla əməkdaşlıq və iştirakçı dövlətlərdəki son yeniliklər müzakirə olunub.

Uşaq hüquqları və antidopinqlə bağlı müzakirələr zamanı antidopinq prosesində iştirak edən uşaqların dəstəklənməsi, maarifləndirilməsi, qorunması, dopinq testlərdən keçirilməsi və ədalətli dinləmənin təmin edilməsinin vacibliyi vurğulanıb. Digər sessiyada Ümumdünya Antidopinq Proqramının yenilənməsində T-DO-nun rolu müzakirə edilib.

Ümumilikdə iclasın məqsədi Antidopinq Konvensiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, problemlərin həlli və antidopinq səylərinin gücləndirilməsi olub. Tədbir növbəti iclasın tarixlərinin və digər məsələlərin müzakirəsi ilə başa çatıb.


Bənzər xəbərlər

0 2024-cü ilin idman səfirləri bəlli olub

2024-cü ilin idman səfirləri bəlli olub

personAdmin 04-03-24, 13:07

Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib. Qurumdan Sportaze.az saytına verilən məlumata...

0 “Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal

personAdmin 29-03-24, 17:49

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb. Sportaze.az xəbər verir ki, Viymsi qəsəbəsini...

0 Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevə UFC ulduzu ilə döyüşmək təklif olunub

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevə UFC ulduzu ilə

personAdmin 01-02-24, 15:57

Azərbaycanlı təmsilçisi Rafael Fiziyevə UFC ulduzu Dastin Porye ilə döyüşmək təklif olunub. Sportaze.az xəbər verir...

menu
menu