Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sportaze.az xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər 3-cü dərəcəli “Əmək” ordeni, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.
Prezident İlham Əliyev, həmçinin “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya dörd yüz min manat, onun məşqçisinə iki yüz min manat, ikinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat, üçüncü yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə isə əlli min manat mükafat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bənzər xəbərlər
Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu
personAdmin 21-05-24, 10:49Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında...
AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq
personAdmin 07-03-24, 15:37Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib....
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev
personAdmin 27-05-24, 17:37Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və...





