Nazir Fərid Qayıbov CİGEPS-in növbəti sessiyasında çıxış edib
UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın Fransanın paytaxtı Parisdəki mənzil qərargahında öz işinə başlayıb.
Sportaze.az xəbər verir ki, iclasın açılış hissəsində Komitənin 2019-2023-cü illər üzrə sədri qismində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
O, Çilinin idman nazirini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və qurumun son dörd il ərzindəki fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən F.Qayıbov ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransının uğuru haqqında danışıb, eyni zamanda “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən bəhs edib.
İclasda iştirak edən baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.
Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.
Bənzər xəbərlər
Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib
personAdmin 29-07-24, 20:50Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub....
Paris-2024: Cüdoçumuz Hidayət Heydərov ilk qələbəsini
personAdmin 29-07-24, 14:16Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb....
Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq
personAdmin 27-03-24, 16:58Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Azərbaycan...





