Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu olub
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Sportaze.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasında iştirak etdiyi ilk olimpiada olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub
personAdmin 20-05-24, 20:47Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya...
Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə
personAdmin 07-08-24, 13:44Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...
Azərbaycan güləşçiləri “Zaqreb Open” turnirinin ilk gününü
personAdmin 11-01-24, 08:05Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin daha bir üzvü bürünc...





