SPORTAZE » XARİCİ XƏBƏRLƏR » "Beşiktaş" klubu Türkiyə Kubokunun sahibi olub

"Beşiktaş" klubu Türkiyə Kubokunun sahibi olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.

Sportaze.az xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.

Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb. Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb. Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, 90+4-cü dəqiqədə "Beşiktaş"ın heyətində adını tabloya yazdıran Əl Müsrati komandasına qələbə qazandırıb.

Qeyd edək ki, bu nəticə ilə "Beşiktaş" tarixində 11-ci dəfə ölkə kubokunun sahibi olub.


Bənzər xəbərlər

0 Rusiya klubları arasında yoldaşlıq görüşündə kütləvi dava baş verib

Rusiya klubları arasında yoldaşlıq görüşündə kütləvi dava

personAdmin 05-02-24, 17:40

Rusiya klubları “SKA-Xabarovsk” ilə “Çelyabinsk” arasında keçirilən yoldaşlıq görüşündə kütləvi dava baş verib....

0 Almaniya millisinin formalarında 44 rəqəmi qadağan edilib

Almaniya millisinin formalarında 44 rəqəmi qadağan edilib

personAdmin 01-04-24, 17:40

Almaniyanın futbol millisində 44 nömrəli forma qadağan ediləcək. Sportaze.az xəbər verir ki, bu barədə...

0 "Fənərbağça” yeni transferini açıqlayıb

"Fənərbağça” yeni transferini açıqlayıb

personAdmin 29-01-24, 17:54

Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Atletiko” (Madrid) komandasından icarəyə götürdüyü Çağlar Söyüncünün...

menu
menu