SPORTAZE » XARİCİ XƏBƏRLƏR » Almaniya millisinin formalarında 44 rəqəmi qadağan edilib

Almaniya millisinin formalarında 44 rəqəmi qadağan edilib

Almaniyanın futbol millisində 44 nömrəli forma qadağan ediləcək.

Sportaze.az xəbər verir ki, bu barədə "Adidas"ın sözçüsü Oliver Bryuggen "Bild"ə açıqlamasında məlumat verib.

O, 100-ə yaxın ölkədən insanlarla çalışdıqlarını xatırladıb: "Şirkətimiz müxtəliflik və inklüzivliyin tərəfdarıdır. Ksenofobiya, antisemitizm, zorakılıq və istənilən formada nifrətə fəal şəkildə qarşıyıq".

"Adidas"ın 44 rəqəminin nasizm simvolu ilə oxşarlığına görə bu addımı atdığı bildirilib. Qeyd olunub ki, formalarda yeni şrift sayəsində 44 rəqəmi ötən əsrin 30-40-cı illərində SS-in simvolu kimi çıxış edən "ziq" rününü xatırladır. Oyunçular Avropa çempionatındakı qaydalara görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin fanatların 44 nömrəli formanı sifariş etmək imkanı olub.


Bənzər xəbərlər

0 Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra

Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra

personAdmin 04-01-24, 16:50

Altı çəki dərəcəsində dünya çempionu, əfsanəvi filippinli Menni Pakyao ilk döyüşündən 10 il sonra amerikalı Floyd...

0 Ötən il ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb

Ötən il ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb

personAdmin 04-01-24, 14:28

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin...

0 Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub

Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub

personAdmin 06-04-24, 10:24

Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub. Sportaze.az xarici mediaya istinadla...

menu
menu