“Trabzonspor”-“Fənərbaxça” matçındakı qarşıdurma ilə bağlı araşdırmalara başlanılıb
“Trabzonspor” - “Fənərbaxça” futbol matçından sonra meydana daxil olan azarkeşlərin kimliyinin müəyyən olunması və matçdan sonra baş verən hadisələrlə bağlı dərhal araşdırmalara başlanılıb.
Sportaze.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında yazıb.
“İdman hər şeydən əvvəl alicənablıqdır. Futbol meydançalarında zorakılığın baş verməsi heç vaxt qəbuledilməzdir. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir qeyd edib.
Qeyd edək ki, Türkiyə Superliqasının 30-cu turunda "Fənərbaxça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.
"Trabzonspor" azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən “Fənərbaxça”nın futbolçularına hücum ediblər. “Trabzonspor” tərəfdarları ilə “Fənərbaxça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.
“Fənərbaxça”nın futbolçuları bundan sonra paltardəyişmə otağına gedib.
Hazırda "Fənərbaxça" turnir cədvəlində 79 xalla ikinci pillədə, "Trabzonspor" isə 49 xalla üçüncü sırada qərarlaşıb.
Bənzər xəbərlər
Rusiya millisi DÇ-2030-un seçmə mərhələsində iştirak edə
personAdmin 24-12-24, 12:56Futbol üzrə Rusiya millisi 2030-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edə bilər....
"Beşiktaş"ın yeni baş məşqçisi bəlli olub
personAdmin 07-01-24, 20:25"Beşiktaş" futbol klubunun yeni baş məşqçisi bəlli olub. Sportaze.az klubun mətbuat xidmətinə istinadən...
"Zirə"nin Konfrans Liqasındakı rəqibi yeni
personAdmin 13-08-24, 15:59"Zirə"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Osiyek"...




