"Beşiktaş"ın yeni baş məşqçisi bəlli olub
"Beşiktaş" futbol klubunun yeni baş məşqçisi bəlli olub.
Sportaze.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Fernandu Santuş çalışdıracaq. Razılaşmanın detalları açıqlanmayıb.
Joao Karlos Kosta, Paulo Mendes, Justino Fernando, Rikardo Miguel Santos, Jorge Rosario isə Santuşun koməkçiləri təyin edilib.
Qeyd edək ki, 69 yaşlı portuqaliyalı mütəxəssisin son iş yeri Polşa millisi olub. O, "Portu", PAOK, AEK, "Panatinaikos", "Sportinq", "Benfika" klublarını, həmçinin Yunanıstan və Portuqaliya millisini də çalışdırıb. Portuqaliya millisi Santuşun rəhbərliyi alıtnda Avro-2016-nın qalibi olub.
Bənzər xəbərlər
"Tottenhem" klubu Timo Verneri icarəyə götürməyə
personAdmin 06-01-24, 13:18İngiltərənin "Tottenhem" klubu Almaniya təmsilçisi “Leyptsiq"in hücumçusu Timo Verneri mövsümün sonuna...
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
personAdmin 26-07-24, 10:24Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sportaze.az xəbər verir ki,...
İtaliya klubu 19 yaşlı gürcü futbolçu ilə güclənib
personAdmin 08-01-24, 08:13Gürcüstanın Kutaisi "Torpedo"sunun futbolçu Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam...





