Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib
Litva Respublikası Milli İdman Agentliyinin dəvətinə əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib.
Sportaze.az saytı Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “NBA Basketball School” basketbol məktəbinə və Litva Böyük Hersoqlarının Sarayına ekskursiya ediblər. Ardınca Litva Körlinq Federasiyasının baş katibi ilə görüş keçirilib və basketbol idman növünün ölkəmizdə inkişafı barədə danışıqlar aparılıb.
Səfər müddətində Vilnüs şəhərində yerləşən tennis, badminton və squaç idman növləri üçün nəzərdə tutulan “SEB” Arenaya ziyarət təşkil olunub. Daha sonra İdman Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə idmanın inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Bənzər xəbərlər
Azərbaycan güləşçiləri “Zaqreb Open” turnirinin ilk gününü
personAdmin 11-01-24, 08:05Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin daha bir üzvü bürünc...
Azərbaycan ağırlıqqaldırma millisi ən yaxşılar arasında yer
personAdmin 24-06-24, 09:51Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi...
Paris-2024: Cüdoçumuz Hidayət Heydərov ilk qələbəsini
personAdmin 29-07-24, 14:16Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb....





