SPORTAZE » DİGƏR » Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib

Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi (yoxlanışdan keçmə) başa çatıb.

Federasiyadan Sportaze.az saytına verilən məlumata görə, FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində mərkəzə homoloqasiya sertifikatı təqdim edilib.

Buna əsasən, Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.

Eyni zamanda, bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsi imkanı yaradır.

Qeyd edək ki, homoloqasiya xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amildir.


Bənzər xəbərlər

0 Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

personAdmin 24-01-24, 12:07

Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq atıcılıq...

0 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal

personAdmin 15-04-24, 09:23

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə...

0 Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya

personAdmin 28-05-24, 23:26

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportaze.az xəbər verir ki,...

menu
menu