Ötən il idmançılardan 1142 antidopinq testi götürülüb
Ötən il Azərbaycan idmançılarından 1142 antidopinq testi götürülüb. 282 beynəlxalq sifariş üzrə test həyata keçirilib. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edib.
Sportaze.az xəbər verir ki, bunu AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Səxavət Quliyev deyib.
Onun sözlərinə görə, 35 milli yarışda testetmə keçirilib və 11 beynəlxalq turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub: “Analizlərin 96,5 faizi Bakıda, 1,5 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil ediblər”.
S.Quliyev bildirib ki, həmçinin dayanıqlı, şəffaf, inklüziv və innovativ gələcəyə töhfə vermək üçün AMADA-nın 2021-2025-ci illəri əhatə edən Strateji Planına uyğun olaraq, cari il üçün hədəflər də müəyyənləşdirilib: “Agentlik WADA, Beynəlxalq Test Agentliyi, UNESCO və Avropa Şurasının antidopinq üzrə komitə və komissiyaları ilə birgə fəaliyyətini davam etdirəcək”.
Bənzər xəbərlər
Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya
personAdmin 03-01-24, 12:49Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib. Sportaze.az ACF-nin mətbuat...
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya
personAdmin 29-05-24, 12:09Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Gənclər və İdman...
Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start
personAdmin 15-03-24, 12:02Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib. Sportaze.az xəbər verir ki, Milli...





