Ölkəmizi "Azerbaijan International 2024”də təmsil edəcək badmintonçular müəyyənləşib
Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Azerbaijan International 2024” beynəlxalq turniri üçün heyəti müəyyənləşib.
Sportaze.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda yığmanın 18 üzvü mübarizə aparacaq.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanı Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu təmsil edəcək.
Yarışda 49 ölkədən ümumilikdə 293 badmintonçu qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Azerbaijan International 2024” yarışı fevralın 8-11-də baş tutacaq.
Bənzər xəbərlər
Millimiz Avropa çempionatına hazırlıq üçün Çorum və
personAdmin 07-01-24, 14:02Ağırlıqqaldırma üzrə yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına yollanıblar. Sportaze.az Azərbaycan Ağır...
Avropa çempionatı: Azərbaycan gimnastları komanda hesabında
personAdmin 22-05-24, 22:01Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi...
Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya
personAdmin 30-07-24, 16:41Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir....





