SPORTAZE » DİGƏR » Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir

Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir.

Azərbaycan Taekvondo Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, 58 kiloqram çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.

Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.

Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine Open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq idmançımızın ”Paris-2024”ə daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan D.Dağdelenlə sınaq döyüşləri də keçirilir.

Qeyd edək ki, Qaşım Maqomedov Fransa paytaxtına avqustun 2-də yollanacaq.


Bənzər xəbərlər

0 Millinin baş məşqçisi: Azərbaycan boksunun 100 illik yubileyinə öz töhfəmizi vermək istəyirik

Millinin baş məşqçisi: Azərbaycan boksunun 100 illik

personAdmin 19-01-24, 15:14

Azərbaycan boksunun 100 illik yubileyinə töhfə vermək istəyirik. Sportaze.az xəbər verir ki, bunu boks üzrə Azərbaycan...

0 Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib

Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib

personAdmin 28-12-23, 12:32

Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən...

0 Azərbaycan cüdoçusu səhhətindəki problemə görə Qran-pridə iştirak etməyəcək

Azərbaycan cüdoçusu səhhətindəki problemə görə Qran-pridə

personAdmin 27-01-24, 12:52

Azərbaycan cüdoçusu Zelim Tçkayev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə iştirak etməyəcək. Azərbaycan...

menu
menu