Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək
Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
Sportaze.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda çıxış edəcək.
Azərbaycan millisi B liqasında mübarizə aparacaq. Yığmamız püşkatma zamanı 4-cü - sonuncu səbətdə yer alacaq.
B liqasının səbətləri:
1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels
2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan
3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə
4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan
Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.
Bənzər xəbərlər
“Araz-Naxçıvan”ın ilk transferi
personAdmin 09-01-24, 17:26“Araz-Naxçıvan” futsal klubu cari ildə ilk transferini rəsmiləşdirib. Sportaze.az Azərbaycan Futzal Federasiyasına...
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
personAdmin 17-01-24, 12:46Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb. Sportaze.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında gerçəkləşib....
“Qarabağ” klubu dəqiq zərbə sayında 900 klub arasında 39-cu
personAdmin 13-03-24, 15:452023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb....





