Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.
Sportaze.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatılacağı qitə birinciliyində 16 komanda mübarizə aparacaq.
İyunun 1-8-i aralığında təşkil olunacaq turnirdə millimizlə yanaşı, Türkiyə, İngiltərə, Polşa, İspaniya, İtaliya, İrlandiya, Fransa, Almaniya, Gürcüstan, Ukrayna, İsrail, Yunanıstan, Belçika, Niderland və Şotlandiya komandaları da qüvvələrini sınayacaqlar.
Martın 16-da Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Komandalar hərəsində 4 iştirakçı olmaqla 4 qrupda yer alacaqlar.
Qeyd edək ki, 2017 və 2021-ci illərdə keçirilən ilk iki Avropa çempionatının qalibi Türkiyə millisi olub.
Bənzər xəbərlər
Bu gün AFFA-ya yeni prezident seçiləcək
personAdmin 02-04-24, 09:19Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq. Sportaze.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott...
"Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl
personAdmin 02-06-24, 21:49Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Sportaze.az xəbər verir ki, həlledici final matçında...
AFFA əməkdaşları beynəlxalq forumda iştirak edirlər
personAdmin 11-01-24, 12:33Türkiyənin Antalya şəhərində üçüncü "Winter League Convention" Futbol biznes forumu öz işinə başlayıb....





