“Sabah” çempionatda 50-ci "quru" oyununu keçirib
“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci "quru" oyununu keçirib.
Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda "Zirə" ilə oyuna (1:0) təsadüf edib.
2018/2019 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.
“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.
Bənzər xəbərlər
Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir
personAdmin 09-01-24, 09:55Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir. Sportaze.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri...
"Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb
personAdmin 07-01-24, 10:52"Araz-Naxçıvan" komandası üç futzalçı ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bunu komandanın baş...
Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib
personAdmin 15-03-24, 15:46Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib. Sportaze.az ali futbol...





