UEFA Avropa Liqası: "Qarabağ" - "Braqa" matçının biletləri satışa çıxarılıb
Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır. Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
Bənzər xəbərlər
"Şamaxı"nın daha bir rəqibi müəyyənləşib
personAdmin 08-01-24, 06:59“Şamaxı” futbol klubu qış təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyununda gücünü sınayacaq. Sportaze.az xəbər...
"Şamaxı" klubu növbəti transferini reallaşdırıb
personAdmin 19-01-24, 15:28Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb. Bölgə...
"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə
personAdmin 06-06-24, 15:59"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb. Sportaze.az klubun mətbuat xidmətinə...





