Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib.
Sportaze.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.
Siyahıya İspaniya başçılıq edir. “Buğalar”ın hesabında 2066,05 xal var. İngiltərə (2021,41) ikinci pilləyə yüksəlib, Fransa (2018,81) üçüncü sıradakı mövqeyində qalıb. Qardaş ölkə Türkiyə isə 1 addım irəliləyərək, 62-ci (1404,24) yerdə qərarlaşıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.
Bənzər xəbərlər
Bu gün AFFA-ya yeni prezident seçiləcək
personAdmin 02-04-24, 09:19Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq. Sportaze.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott...
Çempionlar Liqası: “Qarabağ”ın “Ludoqorets”lə keçirəcəyi
personAdmin 01-08-24, 15:31UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi...
"Araz Naxçıvan" "Neftçi"nin yetirməsini
personAdmin 29-05-24, 14:24Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Sportaze.az klubun mətbuat...





