Çempionlar Liqası: “Qarabağ”ın “Ludoqorets”lə keçirəcəyi oyunların hakimləri müəyyənləşib
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.
Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşmasını isə İtaliyadan olan hakimlər briqadasına həvalə edib:
20:00. “Qarabağ” – “Ludoqorets”
6 avqust. Tofiq Bəhramov adına Respublika Stadionu.
Baş hakim: Urs Schnyder
Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher
Dördüncü hakim: Sven Wolfensberger
VAR hakimləri: Fedayi San, Johannes von Mandach
(Hakimlər briqadası İsveçrədəndir)
22:00. “Ludoqorets” - “Qarabağ”
13 avqust. Ludoqorets Arena.
Baş hakim: Simone Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale
Dördüncü hakim: Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra
(Hakimlər briqadası İtaliyadandır)
Xatırladaq ki, II təsnifat mərhələsində Qurban Qurbanovun yetirmələri Cəbəllütariqin “Linkoln” komandasını, Bolqarıstan təmsilçisi isə Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırıb.
Bənzər xəbərlər
AFFA Gənclər Liqasında 2023/2024-cü il mövsümü başa çatıb
personAdmin 13-05-24, 14:19AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb. Sportaze.az AFFA-nın saytına istinadən xəbər verir ki, 33 turdan...
"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin
personAdmin 08-03-24, 20:58"Qarabağ"ın oyunçusu Yassin Benziya UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra...
"Kəpəz" iki antirekordunu təkrarlayıb
personAdmin 01-04-24, 11:23“Kəpəz” iki antirekordunu təkrarlayıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,...





