"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
"Qarabağ"ın oyunçusu Yassin Benziya UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb.
Sportaze.az xəbər verir ki, həftənin rəmzi komandası "Sofa Score" tərəfindən hazırlanıb.
8 balla qiymətləndirilən Benzia "Bayer 04"ə qarşı matçda 1 qolla yadda qalıb. "Qarabağ"ın üzvü "Roma"dan Stefan El-Şaaravi, "Benfika"dan Anxel Di Mariya, "Liverpul"dan Aleksis Makallisterlə birlikdə mövqeyinin ən yaxşılarından olub.
Qapıçı: Noa Atubolu ("Frayburq")
Müdafiəçilər: Obit Evan Ndika ("Roma"), Şansel Mbemba-Manqulu ("Marsel"), Canluka Mançini ("Roma")
Yarımmüdafiəçilər: Yassin Benzia ("Qarabağ"), Stefan El-Şaaravi ("Roma"), Aleksis Makallister ("Liverpul"), Anxel Di Mariya ("Benfika")
Hücumçu: Pyer-Emerik Obameyanq ("Marsel"), Canluka Skamakka ("Atalanta"), Darvin Nunyes ("Liverpul")
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Bənzər xəbərlər
“Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub
personAdmin 02-01-24, 18:04Mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq "Turan Tovuz" komandasının yoxlama...
Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə
personAdmin 22-12-23, 22:48Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb. Sportaze.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə...
“Səbail”in futbolçusu Keniya millisinə çağırılıb
personAdmin 16-03-24, 13:00“Səbail”in futbolçusu Ayub Masika Keniya millisinə çağırılıb. Sportaze.az xəbər verir ki, bu barədə Bakı klubunun...





