“Araz-Naxçıvan”ın ilk transferi
“Araz-Naxçıvan” futsal klubu cari ildə ilk transferini rəsmiləşdirib.
Sportaze.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionu braziliyalı futzalçı ilə anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Daha doğrusu, Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.
Bənzər xəbərlər
“Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb
personAdmin 11-03-24, 12:18“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniya “Bayer 04”ü öz rekordunu təkrarlayıb....
"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib
personAdmin 17-11-24, 00:36Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib. Komanda Vüqar Nadirov...
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq
personAdmin 01-03-24, 15:50AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək. Sportaze.az...





