“Zirə”nin qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb.
Sportaze.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, 18 turun rekordçusu Tiaqo Silvadır. “Zirə”nin qolkiperi 9 matçda qol buraxmayıb. Bütün oyunların iştirakçısı olan portuqaliyalı 50 faizlik göstəriciyə imza atıb.
Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 quru oyun keçirməyə nail olub.
Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.
Bənzər xəbərlər
Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə
personAdmin 22-12-23, 14:33“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb. Sportaze.az Peşəkar...
"Kəpəz" iki antirekordunu təkrarlayıb
personAdmin 01-04-24, 11:23“Kəpəz” iki antirekordunu təkrarlayıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,...





