Cüdoçularımız Portuqaliya Qran Pri turnirini 5 medalla başa vurublar
Portuqaliyanın Odivelas şəhərində 2024-cü ilin Dünya Cüdo Turunun ilk yarışı keçirilib. Turnirdə 90 ölkədən 624 idmançı iştirak edib, Azərbaycan 15 idmançıdan ibarət heyətlə təmsil olunub.
Sportaze.az xəbər verir ki, Azərbaycan cüdoçuları turnirdə 1 gümüş və 4 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 9-cu, kişilər arasında isə 5-ci yeri tutub.
Qran Pri turnirinin ilk günündə kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda döyüşdə Qamzət Zayrbekovaya (fərdi neytral idmançı) qalib gələrək bürünc medalı təmin edib.
66 kq çəki dərəcəsində Kamran Süleymanov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Basxu Yondonperenleyi məğlub edərək bürünc medala sahib olub. Monqolustanlı rəqibi Yondonperenley ikiqat Dünya mükafatçısıdır.
Həmin çəki dərəcəsində Yaşar Nəcəfov gümüş medala sahib olub. O, 1/4 finalda ikiqat olimpiya mükafatçısı (gümüş və bürünc) Cənubi Koreyalı Ba-Ul Ana üzərində qələbə qazanıb.
Turnirin ikinci günündə kişilər arasında -81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi Özbəkistan təmsilçisi Nurbek Murtozoyevə qalib gələrək bürünc medalı təmin edib.
Üçüncü gün kişilər arasında -90 kq çəki dərəcəsində Elcan Hacıyev üçüncü yer uğrunda mübarizədə İsrail idmançısı Qay Qureviçi məğlub edərək bürünc medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya
personAdmin 03-01-24, 12:49Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib. Sportaze.az ACF-nin mətbuat...
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
personAdmin 27-05-24, 11:01Karyerasında 4-cü dəfə dünya çempionu olan paraatlet Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb. Milli...
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış
personAdmin 14-09-24, 14:11Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan...





