Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
Karyerasında 4-cü dəfə dünya çempionu olan paraatlet Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb.
Milli Paralimpiya Komitəsindən Sportaze.az saytına verilən məlumata görə, o, buna Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında imza atıb.
L.Vəliyeva mundialda həm 100, həm də 400 metr məsafəyə qaçış üzrə qızıl medalları əldə edib.
Qeyd edək ki, 22 yaşlı çempion həmçinin bu göstərici ilə müstəqillik illərində Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə 5 qat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançıdır.
Bənzər xəbərlər
Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna
personAdmin 23-05-24, 16:39Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan...
Azərbaycan taekvondo milliləri olimpiya lisenziya
personAdmin 15-01-24, 14:27Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər....
ASAPES ilə AMADA arasında əməkdaşlıq memorandumu imzalanıb
personAdmin 03-02-24, 12:22Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA)...





