Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna qatılacaqlar
Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.
Sportaze.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.
Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.
Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.
Qeyd edək ki, Dünya Kuboku mayın 25-26-da baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ
personAdmin 04-03-24, 18:26İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Sportaze.az xəbər verir ki,...
Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında
personAdmin 24-05-24, 15:21Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında...
Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi
personAdmin 14-09-24, 15:40Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı başa çatıb. Sportaze.az xəbər verir ki, yarışda 11...





