SPORTAZE » DİGƏR » Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Sportaze.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zöhrə Hadjala ilə döyüşüb. 54 kiloqram çəki dərəcəsində baş tutan qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Z.Rəhimova rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Yığmanın üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.

Ümid Rüstəmov (57 kiloqram) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Ümid Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.

Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kiloqram) da qələbə qazanaraq mərhələ adlayıb.

Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.


Bənzər xəbərlər

0 Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb

Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti

personAdmin 11-03-24, 13:04

Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün...

0 Azərbaycanın idman tarixində rekord göstərici: il ərzində 1472 medal

Azərbaycanın idman tarixində rekord göstərici: il ərzində

personAdmin 31-12-23, 15:10

Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Sportaze.az xəbər...

0 Bakıda MMA üzrə “SELECTION -10” turniri keçiriləcək

Bakıda MMA üzrə “SELECTION -10” turniri keçiriləcək

personAdmin 25-01-24, 15:39

Yanvarın 28-də Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan MMA və Qraplinq Federasiyası və ASED FIGHTING...

menu
menu