İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub
İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub.
Sportaze.az xəbər verir ki, yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.
Sonuncu - beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə Bakıya çatıblar.
Bənzər xəbərlər
Azərbaycan güllə atıcıları Avropa çempionatında bürünc
personAdmin 26-02-24, 17:25Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında...
Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
personAdmin 17-03-24, 20:44Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa turnirində uğurlu çıxış edib....
Azərbaycan cüdo millisi Qran-prini 1 medalla başa vurub
personAdmin 10-03-24, 22:24Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-prini 1 medalla başa vurub. Sportaze.az xəbər verir...





