SPORTAZE » DİGƏR » Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib.

Sportaze.az saytının məlumatına görə, Bakı İdman Sarayındakı tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin üzvü Karl Martin Ditman iştirak ediblər.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.

Namiq Əliyev çıxış edərək bir ay əvvəl Bakıda Avropa Olimpiya Təsnifat turnirinin gerçəkləşdiyini xatırladıb: "Daha sonra İstanbuldakı yarışda da uğurla mübarizə apardıq. U-23 Avropa çempionatı da bizim üçün önəmli yarışdır. Qonaqları salamlayıram, idmançılara uğurlar arzulayıram. Bir həftə maraqlı qarşılaşmalar izləyəcəyik".

Karl Martin Ditmanın Namiq Əliyevə plaket təqdim etməsindən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, bu gün start götürən yarış mayın 26-da başa çatacaq.


Bənzər xəbərlər

0 Paris-2024: Cüdoçumuz Elcan Hacıyev 1/8 finalda məğlub olub

Paris-2024: Cüdoçumuz Elcan Hacıyev 1/8 finalda məğlub olub

personAdmin 31-07-24, 14:47

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha iki çəkidə...

0 Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib

Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib

personAdmin 18-12-23, 23:26

2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib. Beynəlxalq Cüdo...

0 Paris-2024: Azərbaycan cüdoçusu inamlı qələbə ilə 1/4 finala yüksəlib

Paris-2024: Azərbaycan cüdoçusu inamlı qələbə ilə 1/4

personAdmin 01-08-24, 13:15

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sportaze.az xəbər verir...

menu
menu