SPORTAZE » FUTBOL » Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək

Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək

Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək.

Sportaze.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu gündən başlayaraq, ayın hər günündə rəsmi oyun keçiriləcək.

Bu da ölkə futbolu tarixində mütləq rekorddur. Aprelin 12 günündə Premyer Liqanın, 13 günündə Əvəzedicilər Liqasının matçı baş tutacaq. Kubok görüşləri üç fərqli gündə olacaq. I Liqa oyunları 9, II Liqa matçları 12 günü əhatə edəcək.

Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək.

Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq.

Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi, aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq.

Seriya mayın ilk günlərinə planlaşdırılan I Liqa oyunları ilə uzana da bilər.

Aprel ayının təqvimi:

1. II Liqa, Əvəzedicilər

2. Azərbaycan Kuboku, II Liqa

3. Azərbaycan Kuboku, I Liqa, II Liqa

4. I Liqa

5. Premyer Liqa, I Liqa

6. Premyer Liqa, Əvəzedicilər

7. Premyer Liqa, Əvəzedicilər

8. II Liqa, Əvəzedicilər

9. II Liqa

10. I Liqa

11. I Liqa

12. Premyer Liqa

13. Premyer Liqa, Əvəzedicilər

14. Premyer Liqa, Əvəzedicilər

15. II Liqa, Əvəzedicilər

16. II Liqa

17. I Liqa

18. I Liqa, II Liqa

19. Premyer Liqa

20. Premyer Liqa, Əvəzedicilər

21. Premyer Liqa, Əvəzedicilər

22. II Liqa, Əvəzedicilər

23. II Liqa

24. Azərbaycan Kuboku

25. I Liqa

26. I Liqa

27. Premyer Liqa

28. Premyer Liqa, Əvəzedicilər

29. Premyer Liqa, II Liqa, Əvəzedicilər

30. II Liqa, Əvəzedicilər


Bənzər xəbərlər

0 Azərbaycanın FIFA referisi təyinat alıb

Azərbaycanın FIFA referisi təyinat alıb

personAdmin 01-04-24, 12:48

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb. Sportaze.az AFFA-nın rəsmi saytına istinadən...

0 “Sumqayıt” klubunun ev oyunlarını 51516 azarkeş izləyib

“Sumqayıt” klubunun ev oyunlarını 51516 azarkeş izləyib

personAdmin 29-05-24, 13:31

“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ev oyunlarını ümumilikdə 51516 azarkeş...

0 “Zirə”nin ukraynalı hücumçusu "Transfermarkt" portalını yalan məlumat yaymaqda ittiham edib

“Zirə”nin ukraynalı hücumçusu "Transfermarkt"

personAdmin 07-01-24, 11:20

“Zirə” futbol klubunun ukraynalı hücumçusu Vladislav Kulaç məşhur "Transfermarkt" portalını yalan məlumat...

menu
menu