“Zirə”nin ukraynalı hücumçusu "Transfermarkt" portalını yalan məlumat yaymaqda ittiham edib
“Zirə” futbol klubunun ukraynalı hücumçusu Vladislav Kulaç məşhur "Transfermarkt" portalını yalan məlumat yaymaqda ittiham edib.
Sportaze.az xəbər verir ki, portal daha əvvəl Kulaçın azad agent olması barədə məlumat yaymışdı.
Futbolçu bildirib ki, “Zirə” ilə müqaviləm 2023/2024-cü il mövsümünün sonunadək qüvvədədir. Azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini anlamıram. Çünki hazırda mən “Zirə”nin oyunçusuyam və yazılanlar doğru deyil.
Xatırladaq ki, “Zirə” klubu 19 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlində ikinci pilləsində yer alıb. “Transfermarkt” portalı oyunçuların transfer qiymətləri və statistik göstəricilər ilə bağlı ən etibarlı məlumatları ilə tanınır.
Bənzər xəbərlər
“Zirə”nin qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub
personAdmin 09-01-24, 15:03Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə...
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının “play-off”
personAdmin 14-08-24, 01:18UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ”...
"Neftçi" klubu Albaniyanın "Partizani"
personAdmin 03-01-24, 10:28Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək "Neftçi"nin yoxlama...





