Azərbaycan voleybol çempionatının əsasnaməsində dəyişiklik edilib
Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib.
Sportaze.az AVF-yə istinadən xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək.
Daha sonra pley-off mərhələsi baş tutacaq.
Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmalarıdır. Digər klublar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların 6 dövrədə keçirilməsini qərara alıb.
Bənzər xəbərlər
"Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək
personAdmin 08-07-24, 14:46Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etno-qəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunub. Azərbaycan...
Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya
personAdmin 09-01-24, 10:1320 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında...
Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa
personAdmin 01-03-24, 20:16Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri...





